Publisist-politoloq Reyhan Mirzəzadənin yeni kitabları işıq üzü görüb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən ”Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində publisist-politoloq Reyhan Mirzəzadənin “Böyük şair-vətəndaş” və “Fikrin böyük sənətkarı” kitabları nəşr olunub.

“Böyük şair–vətəndaş” kitabında şair, yazıçı, dramaturq, istedadlı ədəbiyyat xadimi N.A. Nekrasovun həyat və yaradıcılığının bugünədək  Azərbaycan oxucusuna məlum olmayan məqamları yer alıb. “Fikrin böyük sənətkarı” kitabında isə F. M. Dostoyevskinin həyatı və ona dünya şöhrəti qazandıran povest və romanlarından bəhs olunur. Yeni nəşrlərdə, həmçinin rus ədəbi tənqidçilərinin, şair və yazıçılarının, alman alimlərinin qiymətli fikirləri də yer alıb.

Qeyd edək ki, bu il rus ədəbiyyatının böyük klassiki N.A.Nekrasovun və   dünya şöhrətli yazıçısı F.M. Dostoyevskinin anadan olmasının 200 illiyi  tamam olur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: