8 və 16 mayda şagirdlərə hansı günün dərsləri keçiriləcək?

A- A A+

Ramazan bayramı ilə əlaqədar istirahət günlərinin yerlərinin dəyişməsi səbəbindən 8 və 16 may məktəblərdə iş günüdür.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət gününün yerləri dəyişdirilib.

Bu da o deməkdir ki, bu həftənin şənbə günü mayın 11-i üçün nəzərdə tutulan dərslər, növbəti həftənin bazar günündə isə mayın 12-də keçirilməsi nəzərdə tutulan cədvəl əsasında dərslər keçiriləcək.

Qeyd edək ki, Ramazan bayramı günləri də daxil olmaqla ölkədə mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: