Tələbələrin və təhsil müəssisələrinin nəzərinə

A- A A+

Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarının əhatə etdiyi dövr 2020-2021-ci tədris ilinin II yarımili üçün uzadılıb.

Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qərara əsasən, 2020-2021-ci tədris ilinin ikinci yarımili sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsi hesabına ödəniləcək. Bu tələbələrin sayının 15 min 500 – 16 min 500 nəfər arasında olması proqnozlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən 14 milyon manat ayrılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: