“Nizami dünyası” teatr müsabiqəsində sonuncu tamaşa nümayiş etdirilib - FOTOLAR

A- A A+

Naxçıvanda keçirilən “Nizami dünyası” teatr müsabiqəsi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun teatr studiyası tərəfindən dahi şairin həyat və fəaliyyətindən bəhs edilən “Nizami və Afaq” adlı kompozisiya səhnələşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tamaşa qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının təbliği məqsədi daşıyır.

Müsabiqənin şərtlərinə əsasən, tamaşanın qiymətləndirilməsi təqdim edilən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılıb. Müsabiqənin qalibləri münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən müəyyən olunacaq və adları mayın 26-da - mükafatlandırılma mərasimində açıqlanacaq. İlk üçlükdə qərarlaşan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, “Nizami Gəncəvi İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə keçirdiyi teatr müsabiqəsi şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: