NDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə ali təhsil ocağında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatı ilə birgə “Heydər Əliyev siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda elmi konfrans olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə İncəsənət fakültəsində nümayiş olunan sərgiyə baxış olub. Sonra Ulu Öndər Heydər Əliyevlə bağlı videoçarx göstərilib.

Universitetin rektoru Elbrus İsayev bildirib ki, müstəqil Azərbaycan ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə doğru inamla irəliləyir. Heydər Əliyev siyasətinə sədaqəti, qətiyyətli və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu bizə qələbə sevincini yaşatdı. Rektor nəinki regionda, hətta dünya universitetləri ilə bir sırada addımlayan rəhbərlik etdiyi ali təhsil ocağını da Ulu Öndərin qurub yaratdığı təhsil strategiyasının bəhrəsi, muxtar respublika ali təhsilinə verilən töhfə kimi dəyərləndirib, gəncləri ümummilli liderin ideyalarından dərs almağa və hər dövr üçün örnək olan siyasəti dəstəkləməyə çağırıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, müasir Azərbaycan dövlətinin yaradılması, müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətidir. Vurğulanıb ki, 2005-ci ilin mart ayında partiyanın III qurultayında YAP-a sədr seçilən Prezidentimiz İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirir. Hazırda 760 mindən artıq həmfikiri özündə birləşdirən partiya xalq, dövlət qarşısındakı xidmətlərini daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.  

Tədbirdə  Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət ideyası”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtibar İsmayılov “Ümummilli lider Heydər Əliyevin Naxçıvan dövrü” (1990-1993-cü illər), Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev “Zamanın fövqündə dayanan lider” mövzusnda çıxış ediblər.

Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunduqdan sonra tədbir İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, muxtar respublikanın rayon partiya təşkilatları tədbirə onlayn platforma üzərindən qatılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: