Naxçıvanda mühasiblər “Yeni dövrün ən yaxşı mühasibi” uğrunda müsabiqəyə qoşuldu - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən müsabiqə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunub.
Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali təhsil müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 45 nəfər iştirak edib.
Müsabiqənin təşkilində əsas məqsəd yeni dövrün tələblərinə cavab verən mühasiblər arasında rəqabətin artırılmasına şərait yaratmaq və əmək bazarında mühasib peşəsinə olan marağı stimullaşdırmaqdır.
Sonra uğurlu mühasib olmağın yollarını əks etdirən stimullaşdırıcı videoçarx nümayiş etdirilib, mühasibat uçotu üzrə test imtahanı keçirilib. 35 sualdan ibarət olan imtahan tələbə və maliyyə-mühasibat işçilərinin bilik səviyyəsinə uyğun olaraq iki fərqli test nümunəsi əsasında təşkil edilib. Bu suallar açıq və qapalı tipli olmaqla həm nəzəri, həm də praktiki məsələləri özündə birləşdirib. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılıb.
Tələbə və mühasiblər arasında ən yüksək nəticə göstərən ilk üç yerin qalibinə diplom, sertifikat və hədiyyələr təqdim olunub.