Naxçıvan Müəllimlər İnstitutunda TEC-in yekun konfransı olub

A- A A+

İnstitutun mətbuat xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə  rektor Azad Novruzov  bildirib  ki, təhsilalanları elmi tədqiqat fəaliyyətinə cəlb etmək üçün institutda hər  tədris ilinin əvvəllərində TEC xətti ilə tələbələrlə görüşlər keçirilir, elmi-tədqiqatın əhəmiyyəti, forma və metodları barəsində onlarla söhbətlər aparılır.

Qeyd olunub ki, tələbələrin elmi-tədqiqat işləri sahəsində əvvəlki illərlərlə müqayisədə builki kəmiyyət və keyfiyyət göstəricilərində xeyli irəliləyişlər müşahidə edilməkdədir. Fakültələr üzrə tələbə elmi konfransları  TEC-in institut və fakültə şuralarının fəal təşkilatçılığı və uyğun struktur bölmələrin kifayət qədər zəhməti sayəsində yüksək səviyyədə keçirilib. 200-ə qədər tələbə və magistrantın tədris ili ərzində yerinə yetirdiyi işlər uyğun kafedraların turundan keçməklə, Pedaqoji fakültənin konfransında cəmi 113 nəfər, Təbiət və incəsənət fakültəsində 73 nəfər məruzə ilə çıxış edibdir. Hər iki fakültə üzrə  müzakirələrdən keçmiş işlər, o cümlədən Pedaqoji fakültə üzrə - 57 iş, Təbiət və incəsənət fakültəsi üzrə – 41 iş, habelə magistrantrlardan 2 iş, cəmi 100 iş institut üzrə yekun konfransa buraxılıb.

Sonra 4 tələbənin elmi işi üzrə məruzələr dinlənilib.

Konfrans öz işini 8 bölmədə - Pedaqogika və psixologiya, Humanitar və ictimai fənlər, Xarici dillər və onların tədrisi məsələləri, Filoloji fənlər və onların  tədrisi məsələləri, Riyaziyyat və onun tədrisi məsələləri, Ümumi fənlər, Ali riyaziyyat,  İnformatika və fənlərin tədrisi metodikası bölmələrində davam etdirib. Bölmə iclaslarında 96 iş üzrə məruzələr dinlənilib və müzakirə edilib.

Sonda konfransın yekun iclası olub. Hər bölmədə ən yaxşı işlər I, II və III yerlər olmaqla mükafata  layiq görülüb, aktuallığı, işlənmə dərəcəsi və təqdimatı ilə seçilən digər işlərdən bəziləri isə çapa tövsiyə edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: