Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti uğurla davam etdirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetində keçirilən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirdə danışılıb.
Əvvəlcə Dövlət himni səsləndirildiyi tədbirdə universitetin rektoru, dosent Nurlana Əliyeva ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti mövzusunda çıxış edib. Ulu Öndərimizin ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək vurğuladığı fikirlərini xatırladan rektor bildirib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən çıxışlar ediblər.
Sonda ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın birgə portretlərini çəkərək universitetə hədiyyə edən “Naxçıvan” Universitetinin tələbəsi Bəyim Əlizadə təşəkkürnamə ilə təltif olunub.
Mahmud Hüseynov