Dövlət İmtahan Mərkəzi: 28 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

A- A A+
Ali məktəblərə ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, saat 11:00-a olan məlumata əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 8973, II ixtisas qrupu üzrə 6589, III ixtisas qrupu üzrə 7729, IV ixtisas qrupu üzrə 2408 nəfər ərizəsini təsdiq edib. I ixtisas qrupu rus bölməsi üzrə 895, II ixtisas qrupu üzrə 723, III ixtisas qrupu üzrə 643, IV ixtisas qrupu üzrə 247 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda isə ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 692 nəfərdir. Ümumilikdə bütün ixtisas qrupu üzrə 28 856 nəfər ərizəsini təsdiq edib. Xatırladaq ki, müsabiqəyə yalnız iyulun 30-dan avqustun 13-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: