“Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi nəşr edilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il 2-ci nömrəsini nəşr edib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul proqramları dərc olunub. Jurnalda təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə qabiliyyət imtahanları haqqında geniş məlumat da verilib. Beləliklə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda:

- qəbul proqramları;

- müsabiqə şərtləri (minimum bal, minimal şərtlər);

- yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları üzrə imtahanların siyahısı;

- qiymətləndirmə meyarları (yekun qiymətin hesablanması qaydası);

- imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər;

- tapşırıq nümunələri;

- bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər;

- abituriyentləri ən çox maraqlandıran suallara cavablar;

- XQTİ-lər üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumat verilib.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarının “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xatırladırıq ki, ali təhsil müəssisələrinin XQTİ-yə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqqında ətraflı məlumat “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: