Musiqi təhsili müəssisələrində çalışan müəllimlərin növbəti attestasiya imtahanlarına başlanılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 17-22 may tarixlərində keçiriləcək imtahanlarda 542 müəllimin iştirakı nəzərdə tutulub.

Birinci mərhələdə müvəffəqiyyət qazanan iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququ əldə edirlər. Müsahibə zamanı müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır. Müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınır. Bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər iş yerini dəyişərlərsə, həmin müəllimlərdən təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.

Təkrar qiymətləndirmədə iştirak etməyən və keçid balını toplaya bilməyən müəllimlər qiymətləndirmədən keçməmiş hesab olunurlar.  Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilir.

Qeyd edək ki, imtahanlar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın haqqında qərarına əsasən keçirilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: