Naxçıvan məktəbliləri üçün şahmat üzrə növbəti interaktiv dərs baş tutub - FOTOLAR

A- A A+

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Şahmat Mərkəzində keçirilən növbəti interaktiv dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.

“Debütdən sonra necə oynamaq lazımdır” mövzusunda Urfan Sevdimalıyev tərəfindən aparılan dərsdə şagirdlərə plan seçmək, yaxşı sonluğa keçmək qaydaları izah olunub.

Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən interaktiv dərsi Bakıdan dəvət olunmuş beynəlxalq usta, qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı Fikrət Sideifzadə aparıb. Dərsdə müəllimləri maraqlandıran suallar ətrafında geniş izah verilib, xüsusilə yarış keçirmək qaydaları haqqında söhbət aparılıb.

Bununla yanaşı saat 15:00-da Şahmat məktəbləri ilə keçirilən interaktiv dərsi də Urfan Sevdimalıyev keçib. Bildirilib ki, geniş tətbiq edilən debütlərdən biri də fransız müdafiəsi debütüdür. Fransız müdafiəsi yarımaçıq debütdür. Bu oyunda qaralar debütü tətbiq edir və özü üçün müdafiə yaratmağa çalışır. Dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib, şahmatçıları maraqlandıran suallar cavablandırılıb. 

İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: