Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Estoniyada dərc olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti “Biologiya” kafedrasının dosenti Zərövşən Babayevanın “Bioloji təhsilin müasir problemləri: qarşıda duran vəzifələr” adlı elmi məqaləsi Estoniyanın Tallin şəhərində II Beynəlxalq elmi-praktik konfransının "SCIENCE, EDUCATION, INNOVATION: TOPICAL ISSUES AND MODERN ASPECTS" (Elm, təhsil, innovasiya: Mövzu və müasir aspektlər”) seriyasında nəşr olunub. Məqalədə bioloji təhsilin keyfiyyə­ti­nin yüksəl­dil­mə­si və müasir dün­ya stan­­­­dart­la­rı səviy­yəsinə qal­­dı­rılması, modern texnologiya və proqramlardan istifadənin zərurətindən, qarşıda duran vəzifələrdən bəhs edilir. Həmçinin artıq dünyada ixtisaslaşmış təhsilin deyil, fərdi yanaşma və müşahidə ilə öyrənənlərin dəyərləndirilməsinin ön plana çıxarılmasının əhəmiyyəti göstərilib. Məqalədə birlikdə öyrən­mə­nin də­qiq­ləşdirilməsi, şərait yaratmaq, dəyişməyə hazır ol­maq, gənc nəslin təkmilləş­mə­si, yeni dünyaya hazırlanması, fərqli formata istiqamət­lən­di­ril­məsi tövsiyə edilir.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: