Magistraturaya ikinci qəbul imtahanının tarixi açıqlanıb

A- A A+

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II cəhdi mayın 26-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahana buraxılış vərəqəsi və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Bu sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: