Ali təhsil ocağında keçirilən konfrans İslamda mənəvi dəyərlər mövzusunda olub

A- A A+

Azərbaycançılıq məfkurəsində dini dəyərlərinin mühüm yeri və əhəmiyyəti var. İslam dini dəyərləri azərbaycanlıların mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilib, türk-islam mədəniyyəti isə əsrlər boyu azərbaycanlıların inkişafına güclü təsir edən amil olubdur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Naxçıvan” Univerisitetində təşkil olunan konfransda rektor Nurlana Əliyeva məlumat verib. Rektor qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər ciddi təzyiqlərə məruz qalan milli ideologiyada azərbaycançılıqla yanaşı, islam dəyərləri də bərpa olundu. Ulu öndərin sayəsində Azərbaycan Respublikası milli ideologiyada islamla bağlı məqamları qoruyub saxladı, azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə yüksəldi.

Konfransda  “İlahiyyat” kafedrasının müdiri Xəfayət Əliyeva, “İslamda mənəvi təmizlik” mövzusunda danışan Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov bildiriblər ki, İslamın maddi və mənəvi təmizliyə verdiyi əhəmiyyəti başqa heç bir din və sistemdə görmək mümkün deyil. İslam dini-mənəvi dəyərləri əsrlər boyu insanları müqəddəs əxlaq normaları ilə tərbiyələndirmişdir. Bu din, sözün əsl mənasında, təmizlik dinidir.

Konfransın sonunda iştirakçıların suallarına aydınlıq gətirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: