NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti müəllim və tələbələri üçün Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmmədsəfa Qasımovun vebinarı təşkil edilib. Universitet TGT-in təşkilatçılığı ilə keçirilən vebinarda qeyd edilib ki, 2011-ci ildə universitetdə “Teatr və Mədəniyyətşünaslıq” kafedrasının və “Aktyor sənəti” ixtisasının fəaliyyətə başlaması muxtar respublikamızda ixtisaslı aktyor kadrlarına olan tələbatın ödənilməsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Xalq artisti Məmməd Səfa aktyorluq sənətinin sirlərindən danışıb, peşəkar kadrların yetişməsində ali təhsil ocaqlarının üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Vebinar tələbələrin sualları ətrafında davam edib. Aktyorluq sənətinin sirlərindən danışan professor “Jurnalistika” ixtisasında təhsil alan tələbələrə də öz təklif və tövsiyələrini çatdırıb.
Etibar Dərbəndəliyev
“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi