Naxçıvan Dövlət Texniki Kollecinin yol hərəkətinin təşkili ixtisasının tələbələri təcrübəyə cəlb edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hamiliyinə verilmiş Naxçıvan Dövlət Texniki Kollecinin yol hərəkətinin təşkili ixtisasının tələbələrini təcrübəyə cəlb edib. Tələbələr diplomqabağı təcrübə çərçivəsində yol patrul xidmətinin aparılması və nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi prosesi ilə əyani tanış olublar.

Tələbələr yol patrul xidmətinin təşkilində əyani şəkildə iştirak edib. Operativ nəqliyyat vasitələrinin iş prinsipi tələbələrə izah olunub.

Təcrübəçi tələbələr Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa rayonlararası müayinə mərkəzində avtomobillərin texniki baxışdan keçirilməsi prosesində iştirak ediblər. Mərkəzin imkanları barədə tələbələrə məlumat verilib ki, müayinə mərkəzi bu sahədə tətbiq olunan ən qabaqcıl texnologiyalarla təchiz edilib. Burada Türkiyə, İtaliya və Koreya istehsalı olan texniki müayinə avadanlıqları quraşdırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: