NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransa Avropa Birliyinin Erasmus+ LMQ SANTE “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində keçirilib. Universitetin Tibb fakültəsinin müəllimlərinin də təmsil olunduğu layihədə Avropa Birliyinin layihə üzrə baş koordinatoru Yunanıstan Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos və fransalı konsultant professor Jan Noel Paşu, Avropa eksperti Katalin İlasku iştirakçıları ətraflı məlumatlandırıb.
Həmçinin tərəfdaş ölkələrin ali təhsil ocaqlarının təhsil prosesini Avropa standartlarına və Tuninq metodologiyasına uyğun hazırlanması, ikili diplom və diploma əlavələrin verilməsi, səhiyyə sektorunda keyfiyyətin daha da yaxşılaşdırılması, ixtisaslı tibbi kadrların artırılması, tədrisdə innovativ metodların tətbiqi məsələləri layihə çərçivəsində həyata keçiriləcək işlər, hazırlananacaq sənədlər müzakirə olunub, verilən cavablandırılıb
.
Səadət Əliyeva