“Ailə cəmiyyətin özəyidir” layihəsi çərçivəsində növbəti seminar keçirilib - FOTOLAR

A- A A+

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminar Nazirlik və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə baş tutub.

“Ailədə valideynlərin və uşaqların hüquq və vəzifələri” mövzusunda keçirilən seminarda vurğulanıb ki, gənclərimizin valideyn və uşaq hüquq və vəzifələrini dərindən mənimsəmələri onların  dövlətimiz və cəmiyyətimiz üçün hərtərəfli şəxsiyyət və layiqli vətəndaş yetişdirmələrinə öz töhfəsini verəcəkdir.

Çıxış edənlər qeyd edib ki, ölkəmizdə uşaq hüquqları sahəsində uğurlu dövlət siyasəti həyata keçirilir. Aparılan siyasətin ardıcıl davamı olaraq muxtar respublikamızda da hər bir uşağın zəruri maddi məişət şəraitində böyüyüb tərbiyə olunmasına, mütərəqqi tələblər əsasında təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə şərait yaradılıbdır. Vurğulanıb ki, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrıseçkiliyə məruz qala bilməzlər.

Seminarda uşaqların ad və soyad hüququ, öz valideyni və digər yaxın qohumları ilə ünsiyyətdə olmaq hüququ barədə qanunvericiliklə müəyyən edilmiş tələblər barədə məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: