Tarix İnstitutu: VI sinfin “Ümumi tarix” dərsliyində elmi səhv və qüsurlar aşkar olunub

A- A A+

Tarix İnstitutunda 2021/2022-ci tədris ilində ölkənin dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektlərinə (dərslik və metodik vəsait) dair ictimai rəyin öyrənilməsi çərçivəsində təqdim olunan dərsliklər üzrə (www.trims.edu.az) müvafiq komissiyalar yaradılıb.

Tarix İnstitutundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, VI sinfin “Ümumi tarix” dərsliyi üzrə (Ağalarov P., Quliyev N., Qasımov E., Hüseynov E. “Ümumi tarix”. VI sinif üçün dərslik) irad və təkliflərin bildirilməsi üçün yaradılmış komissiya (Qədim dövr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev və Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli) tərəfindən həmin dərslik üzrə 56 elmi səhv və qüsurlar müəyyən olunub.

Komissiya üzvlərinin qərarına əsasən ən qısa zamanda yeni tipli tarix dərsliklərinin hazırlanmasına başlamaq lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: