“Məktəblilərarası fənn müsabiqələri”nin yekun mərhələsi olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil edilən məktəblilərin fənn müsabiqələrinin final mərhələsində ümumtəhsil məktəblərinin VI və VII siniflərdən olmaqla 147 şagird iştirak edib.
Riyaziyyat, kimya, fizika, informatika və biologiya fənni üzrə biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üçün şagirdlərə 50 sual təqdim olunub.Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt verilib.
Qeyd edək ki, istedadlı şagirdlərin aşkar olunması, onlar arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması məqsədilə keçirilən müsabiqələrinin I mərhələsi də eyni fənlər üzrə olub.