Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosentləri Hidayət Cəfərov və Rauf Nəbiyevin, baş müəllim Səkinə Abbasovanın “Tətbiqi metrologiya (mühazirələr konspekti)” dərs vəsaiti nəşr olunub.
ADNSU-dan NUHÇIXAN-a bildiriblər ki, dərs vəsaitində metroloji fəaliyyətin əsas növləri, dövlət və idarə metroloji xidmətlərinin strukturu və funksiyaları, metroloji təminatın texniki bazası və onun beynəlxalq səviyyədə qanunverici bazası verilir.
Nəşr tələbələr, tədqiqatçılar və mütəxəssislər üçün nəzərdə tutulub.