Naxçıvan Dövlət Universitetinin müəllimi UNESCO-nun muxtar respublika üzrə ilk üzvü seçilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov UNESCO-ya üzv seçilib. Alim Naxçıvan Muxtar Respublikası üzrə UNESCO-ya seçilən ilk üzvdür.

Qeyd edək ki, BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO 1945-ci il noyabr ayının 16-da yaradılıb. Qurumun əsas məqsədi irqindən, cinsindən, dinindən və dilindən aslı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığının genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Ölkəmiz bu təşkilata 1992-ci il 3 iyun tarixində üzv qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: