Magistraturada 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrların nəzərinə
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar qabiliyyət imtahanlarında iştirak etmək üçün iyunun 1–dən 5-dək link (https://eservices.dim.gov.az/erizemag/proqram/) vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qabiliyyət imtahanları iyunun 9–dan 11-dək keçiriləcək.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.