Balaca istedadlıların əl işlərinin sərgi-satışı 5 gün davam edəcək - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda ilk dəfə məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin yaradıcılıq nümunələrinin  sərgi-satışı təşkil edilib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan sərgi-satışda  Təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, Ali Məclis Sədrinin təpşırığı əsasında 2019-2020-ci tədris ilindən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin, 2020-2021-ci tədris ilindən isə ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb. Ötən müddət ərzində məktəbdənkənar təhsil müəssisələrində 60-dan çox innovativ dərnək, 15 məktəb və məktəbdənkənar təhsil müəssisəsində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə STEAM tədris mərkəzi yaradılıb. Bu innovativ dərnəklərə bütün kateqoriyalardan olan, o cümlədən sağlamlıq imkanı məhdud uşaqların cəlbi də diqqətdə saxlanılır. Məktəbdənkənar təhsil müəssisələrinin müxtəlif profilli dərnəklərinə 169 sağlamlıq imkanı məhdud uşaq cəlb olunub.

Sərgi-satışda  rəsm,  qədim ebru sənəti, xalçaçılıq, toxuculuq, bədii tikmə, dulusçuluq, heykəltaraşlıq, ağac üzərində oyma və yandırma, metal üzərində bədii döymə, bujiteriya, dekorativ iş olmaqla müxtəlif janrlarda 1109 yaradıcılıq  işi  nümayiş olunub. Ümumilikdə 348 şagirdin yaradıcılıq nümunləri sərgi-satışa çıxarılıb. Bunlardan 750-si dekorativ, 359-u isə təsviri sənət  işləridir.

Qeyd edək ki, sərgi-satış 5 gün davam edəcək. Yekun tədbirdə fəal iştirak edən məktəbdənkənar təhsil müəssisələri, dərnək rəhbərləri və dərnək üzvləri təltif olunacaqlar.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: