2018/2019-cu tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, saat 10.30-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 301, rus bölməsi üzrə 8 bakalavr olmaqla, cəmi 309 bakalavr ixtisas seçimi ərizəsini təsdiq edib. “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisasın seçilməsi və təsdiqi avqustun 13-ü saat 23.59-da başa çatacaq.
Qeyd edək ki, ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.