Azərbaycan və Gürcüstanın elm adamlarının birgə iştirakı ilə “Qafqazın tarixi” adlı kitab hazırlanır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Milli Akademiyasının prezidenti, akademik Qiorqi Kvesitadze məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Gürcüstan Milli Elmlər akademiyaları arasında çox sıx əməkdaşlıq mövcuddur. Hər iki elm ocağında bir sıra birgə layihələr həyata keçirilir. Bunlardan biri də Qafqazın tarixinə dair yeni kitabın hazırlanmasıdır.
Akademik bildirib ki, bu kitabda Qafqaz xalqlarının tarixi, milli-mənəvi dəyərləri və kökləri barədə zəngin məlumatlar əksini tapacaq.