Tələbələrin Batabat Astrofizika Rəsədxanasına ekskursiyası təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin “Fizika müəllimliyi” və “Fizika” ixtisası üzrə II kurs tələbələrinin AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasına ekskursiyası təşkil edilib. Ekskursiyada Rəsədxananın direktoru Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev  bildirib ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Ekskursiya zamanı Qulu Həziyev teleskopun iş prinsipi, istifadə qaydaları haqqında tələbələrə ətraflı məlumat verib. Qeyd olunub ki, muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan digər rəsədxanalardan fərqli olaraq bu stansiyada günəşdən başqa bütün göy cisimlərini və yaxın qalatikaları bu teleskop vasitəsilə müşahidə və tədqiq etmək, eyni zamanda daha dəqiq işləmək mümkündür.  

Qeyd olunub ki, Batabat Astrofizika Rəsədxanasının “Fizika" ixtisası üzrə tələbələri hamiliyə götürməsi onların keçdikləri dərslərin təcrübi cəhətdən mənimsəməsi üçün əlverişli mühit formalaşdırır.

Tələbələr tərəfindən maraqla qarşılanan ekskursiyada suallar cavablandırılıb.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: