NDU-da Beşinci Beynəlxalq Asiya Müasir Elmlər Konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirilib. Sonra Universitetin tanıtım videoçarxı nümayiş olunub.

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi etdiyi, İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə keçirilən, onlayn platforma üzərindən aparılan konfransda universitetin rektoru Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar barədə geniş məlumat verib. Universitetin beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirən rektor müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsinin həyata keçirildiyini bildirib. Türkiyə universitetləri ilə ikili diplom layihəsinin mövcudluğundan danışıb, ali təhsil ocağı əcnəbi tələbələrin sayına görə ölkə universitetləri arasında öncüllüyünü qoruduğunu bildirib. Vurğulanıb ki, ali təhsil ocağında 10 ölkədən 1000-dən artıq əcnəbi tələbə təhsil alır.

Konfransda 33 ölkədən elm adamları öz tədqiqatları ilə çıxış ediblər. İki gün davam edən, 6 sessiya üzrə fəaliyyət göstərən konfransda 28 bölmə üzrə 272 məruzə dinlənilib. Ali təhsil ocağının 26 əməkdaşı 22 mövzu ilə çıxış edib.

İKSAD rəhbəri, dosent Mustafa Latif Emekin adından İKSAD-ın Azərbaycan təmsilçisi Azərbaycan Pedaqoji Universitetinin müəllimi Əlvan Cəfərov çıxış edib və Naxçıvan Dövlət Universitetinə plaket təqdim edib.

Qeyd edək ki, 2010-cu ildə qurulan İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu, Türkiyədə mərkəzi və beynəlxalq səviyyədə fəaliyyət göstərən gənc və dinamik təşkilatdır. Fərqli fənlər və ölkələrdən bir çox akademik, yazıçı, diplomat, bürokrat və iş dünyası üzvlərindən ibarət olan təşkilat, sosial problemlərin həlli və iqtisadi inkişaf kimi mövzularda strategiyalar müəyyənləşdirir. Beynəlxalq münasibətlər, sosial və ətraf mühitin göstəriciləri, iqtisadi inkişaf, sənaye və davamlılıq əsas iş sahələridir. Yaxşı təhsilli və seçilən bir insan resursuna sahib olan İKSAD, hələ də bir çox sosial layihəni idarə edir. Fəaliyyət müxtəlifliyinə görə qeyri-hökumət təşkilatları, universitetlər, dövlət qurumları, özəl sektor və yerli idarələr kimi bir çox qurumla sıx əlaqədə və ünsiyyətdədir.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: