Naxçıvanda dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanlarına start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 11 mart  2021-ci il tarixdə elan olunmuş müsabiqənin test mərhələsinə start verilib.

Mərkəzin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqəyə çıxarılmış 59 vakant vəzifənin tutulması üçün 730 müraciət qeydə alınıb. Müraciət edənlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi (148 nəfər), Təhsil Nazirliyi (142 nəfər), Dövlət Sosial Müdafiə Fondu (140 nəfər) öndə dayanır. Ən sıx müsabiqə vəziyyətinin yarandığı dövlət orqanı isə Gənclər və İdman Nazirliyidir. Nazirliyin təqdim etdiyi bir vakant vəzifənin tutulması üçün 100 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, cəmi 100 sual təqdim olunur, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir.

Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.dim.nmr.az) yerləşdirilir. İmtahanlarda müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: