İxtisas magistraturasına aid proqramları seçən bakalavrların nəzərinə

A- A A+

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına (68, 69 və 70 saylı proqramlar üzrə) qəbul olmaq istəyən bakalavrlar Qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar DİM-in internet saytına daxil olaraq “Bakalavrın qabiliyyət imtahanınan buraxılış vərəqəsi”ni çap edib götürməli və vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağı qeyd edilən sənədləri gətirməlidirlər:

- Şəxsiyyətini təsdiq edən sənədi;

- Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsini;

- Sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- Musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər, həmçinin musiqi ixtisaslaşmaları üzrə doldurulmuş proqram formasını.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı "Abituriyent" jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: