Tibb fakültəsi tələbələrinin istehsalat təcrübəsi başladı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələrinin istehsalat təcrübəsinin başlanğıc konfransında rektor Elbrus İsayev təcrübə prosesində görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, tələbələr mütəmadi olaraq təcrübə dərslərində iştirak edir, muxtar respublikanın ən son tibbi avadanlıqlarla təchiz edilən xəstəxanalarında praktiki dərslər keçir, peşəkar həkim kollektivi ilə işləmək imkanı qazanırlar. Bu da tələbələrin gələcəkdə ixtisaslı həkim kimi formalaşmasına xidmət edir. Təcrübələrin sonunda tələbələrin davamiyyəti və bacarıqlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bununla yanaşı təcrübələrin gedişatına nəzarət etmək məqsədilə universitetin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təhkim etdiyi nümayəndələr heyəti yaradılıb.  

Qeyd olunub ki, tədris planına uyğun olaraq  Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq ixtisasında təhsil alan tələbələr müvafiq olaraq 2,3 və 4 həftə müddətində təcrübə dərslərində iştirak edəcəklər. Stomatologiya ixtisaslarının istehsalat təcrübəsi müəyyən edilmiş qrafikə uyğun olaraq universitetin klinikası, özəl stomatoloji klinikalarda keçiriləcək.

Ümumi təbabət və kliniki fənlər kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev, Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov, Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva istehsalat təcrübələrinin tələbələrin bilik və bacarıqlarının inkişafındakı rolundan danışıblar.

Fəxriyyə Səyyadova 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: