Bakalavrlar iyunun 10-dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün qeydiyyatdan keçən bakalavrlar DİM-in internet saytında sorğu anketini doldurmaqla qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürə bilərlər.
Xatırladaq ki, yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.