Uşaq və gənclər arasında keçirilən muxtar respublika üzrə ifaçılıq müsabiqəsinə yekun vurulub - FOTOLAR

A- A A+

Mayın 31-dən start götürən və  Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi təhsili müəssisələrində təhsil alan istedadlı uşaq və gənclər iştirak etdiyi muxtar respublika üzrə ifaçılıq müsabiqəsinə bu gün yekun vurulub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqədə üç yaş qrupu (8-11, 12-15 və 16-19) olmaqla tar, kamança, qanun, saz, balaban, qarmon, fortepiano, skripka, klarnet, truba, fleyta ixtisasları üzrə 300 nəfərə yaxın iştirakçı mübarizə aparıb.

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət olan Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə seçilmiş qaliblərin yekun tədbirində mükafatlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, aprel ayından başlayaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə solo oxuma – vokal və xanəndəlik, rəqs və rəsm müsabiqələri də təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: