Naxçıvan Müəllimlər İnstitutunda Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda 15 İyun Milli Qurtuluş Gününə həsr olunan “Böyük Liderlik Missiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda konfrans keçirilib.
Naxçıvan Müəllimlər İnstitutu və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov tədbir iştirakçılarına tarixi günün önəmindən danışıb. Vurğulanıb ki, Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi ümummilli lider Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana siyasi rəhbərliyi dövründə ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, inkişaf baş verib, Azərbaycan zamanın ağır və sərt sınaqlarından çıxaraq regionda lider dövlətə çevrilib. Bu səbəbdəndir ki, Azərbaycan xalqı ümummilli lideri daim hörmət və ehtiramla yad edir, onun əziz xatirəsini uca tutur.
Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, Psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Böyük Liderlik Missiyası: Heyder Əliyevdən İlham Əliyevə” adlı məqaləsini diqqətə çatdırıb.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun tələbələri vətənpərvərlik mövzusunda şeirlər qiraət edib, mahnılar səsləndiriblər.
Xosrov İbrahimov