“Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən Zəfər tarixi” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatı ilə birlikdə “Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən Zəfər tarixi” mövzusunda tədbir təşkil edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzi Qıvraq qəsəbəsində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Kəngərli Rayon Mədəniyyət Sarayında davam etdirilən tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva  bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə müəyyənləşdirdiyi quruculuq və inkişaf siyasətinin qədim diyarda ardıcıl həyata keçirilməsi nəticəsində muxtar respublikamızın hər bir bölgəsi, o cümlədən Kəngərli yüksək inkişaf səviyyəsinə çatıb. Muxtar respublikada aparılan quruculuq tədbirləri çərçivəsində Kəngərlidə görülən işlər rayonun simasını tamamilə dəyişib, onun görünüşünə müasirlik gətirib. Ötən dövrdə əldə olunan nailiyyətlər, burada müxtəlif sənaye və kənd təsərrüfatı istehsalı sahələrinin yaradılması, təhsil və infrastruktur quruculuğu seçilən düzgün yolun bariz nümunəsi kimi diqqəti cəlb edir.

Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayevin,  “Azərbaycan tarixi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Zəhmət Şahverdiyevin məruzəsi dinlənilib.  Qeyd olunub ki, bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla uğurla inkişaf edir.

Sonra Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının gənc əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib. Universitet tələbələrinin Milli Qurtuluş Gününə həsr etdikləri bədii kompozisiya və Kəngərli rayon məktəblilərinin bədii qiraəti tədbirdə maraqla qarşılanıb.

Sonda ulu öndərimizin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən film izlənilib.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: