AMEA Naxçıvan Bölməsində Nizami Gəncəvi yaradıcılığı müzakirə olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Bölməsində keçirilən növbəti yığıncaq “Oxunması zəruri olan kitablar”dan “Sirlər xəzinəsi” poeması və “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsinə həsr olunub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkə başçısı tərəfindən 2021-ci ilin Azərbaycanda  “Nizami ili” elan edilməsi ilə bağlı Sərəncamını xatırladıb. Bildirib ki, bu mühüm sənəd Nizami Gəncəvi irsinin yenidən və daha dərindən tədqiqinə şərait yaradıb. Bölmə rəhbəri müxtəlif tədqiqatçıların Nizami yaradıcılığı ilə bağlı əsərlərindən sitatlar gətirərək görkəmli Azərbaycan şairinin dünya ədəbiyyatındakı rolundan danışıb.

“Nizami Gəncəvinin əsərləri tarixi şəxsiyyətlərin təsviri və tədqiqi cəhətdən mühüm əhəmiyyətə malikdir”,-deyən akademik ədəbiyyatımızın seçilən siması N.Gəncəvinin “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitabının “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilməsinin əhəmiyyətini vurğulayıb.

Müzakirədə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin və dosent Aygün Orucovanın  çıxışları dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: