Kolleclərə qəbul olmaq üçün 16 mindən artıq abituriyent ərizəsini təsdiqlədib

A- A A+

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu iyunun 29-dək internet vasitəsilə aparılır. Bu gün saat 12:00-a olan məlumata görə, 16558 abituriyent (Azərbaycan bölməsi - 16148; rus bölməsi - 410) ərizəsini təsdiqlədib.

Qeyd edək ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolu vasitəsilə DİM-in müvafiq səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”dəki hesablarına əlavə edirlər. Həmin məbləğ ərizə təsdiq olunduqda hesabdan çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən ona təqdim olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: