Naxçıvan Dövlət Texniki Kollecinin məzunları ilə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, 486 tələbənin təhsil aldığı Naxçıvan Dövlət Texniki Kollecində kadr hazırlığının yüksək səviyyədə aparılması, tələbələrin aldıqları nəzəri bilikləri təcrübə sahəsində həyata keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, kollecdə 15 elektron lövhəli sinif və 3 kompüter otağı, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, 10 fənn kabinəsi fəaliyyət göstərir. Bu gün təhsil müəssisəsində əmək bazarının tələbatına uyğun 8 ixtisas üzrə kadr hazırlığı aparılır.

Nazir məlumat verib ki, 2021-2022-ci tədris ilindən isə kollecin qəbul planında dəyişiklik edilib, 5 yeni ixtisas - “Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi”, “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Lokomotiv və elektrik qatarı təsərrüfatı”, “Bələdiyyə işi” və “Aqrar təsərrüfatın təşkili” ixtisasları olmaqla, ümumilikdə, 10 ixtisas üzrə kollecdə kadr hazırlığı aparılacaq. Muxtar respublikanın əmək bazarı və tələbatı nəzərə alınmaqla açılan yeni ixtisaslar hesabına qəbul planı 158-dən 183-ə qədər artırılıb. Son iki ildə kollecin məzunlarından 115-i müsabiqə şərtlərini ödəyərək ali təhsil müəssisələrinə qəbul olublar. Kollecdə STEAM kabinəsi qurulacaq, yeni açılan ixtisaslar üzrə müasir fənn kabinələri yaradılacaq.

Təhsil naziri Rəhman Məmmədov kollecin məzunlarını təbrik edib, onlara  gələcək həyatlarında uğurlar arzulayıb.

Sonda cari tədris ilində fərqlənən bir qrup müəllim və tələbəyə diplomlar təqdim edilib, tələbələrin il ərzində keçirilən müsabiqələrdə, bilik və idman yarışlarında qazandıqları uğurlardan ibarət sərgiyə baxış olub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: