Naxçıvan Dövlət Universitetində aşıq məclisi təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası “Aşıq Ələsgər - 200” mövzusunda aşıq məclisi təşkil edib.

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. 

Filologiya üzrə fəlsəfə doktorları Arif Ağalarov, şair Xanəli Kərimli və Əbülfəz Əzimli, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Xanəgahlı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-şair, dramaturq, publisist Asim Əliyev, folklorşünas-ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Yusif Səfərov  tədbirdə çıxış edərək Aşıq Ələsgərin yaradıcılığının zəngin koloritindən, poeziyamıza verdiyi töhfələrdən bəhs ediblər. Vurğulanıb ki, aparılan araşdırmalar nəticəsində Aşıq Ələsgərin “Naxçıvan səfəri” və bir çox şeirləri 19-20-ci əsrlər Göyçə aşıq mühitinin Naxçıvan aşıq mühiti ilə sıx sənət və yaradıcılıq ənənələrinə malik olduğunu aydın göstərir. Dədə Ələsgər yaradıcılığı və məktəbi Şərur-Naxçıvan-Şahbuz aşıqlarının yaradıcılığına, sənətdə inkişaf edib təşəkkül tapmalarına güclü təsir edib.

Məclisdə Aşıq Ələsgər yaradıcılığını əks etdirən musiqi nömrələri, aşıq havaları ifa edilib. Tələbə Teatr Studiyasının bədii qiraətçiləri qüdrətli söz ustadının yaradıcılığından nümunələr səsləndiriblər.

Məclisdə Aşıq Ələsgərin həyat və yardıcılığını əks etdirən hekayə və ifalar səsləndirilib.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: