STEAM təlimini uğurla başa vuran müəllimlərə sertifikatlar verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  bu  ilin  may-iyun aylarında  təşkil olunan STEAM təhsili üzrə təlimləri uğurla başa vuran müəllimlərə sertifikatlar verilib.

Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən  pilot  olaraq muxtar respublikanın  15 təhsil müəssisəsində  STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bu  təhsil müəssisələrində STEAM kabinələri yaradılıb və zəruri avadanlıqlarla -3D printerlər, mikrobit, arduino setləri və digər öyrədici qurğularla təchiz edilib. Tədrisin yüksək səviyyədə təşkili üçün dərsliklər və tədris proqramı hazırlanıb.

Vurğulanıb ki, STEAM təhsil metodunun tətbiq edildiyi məktəblərdə artıq şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədilir. Qısa müddətdə tədbiqinə baxmayaraq, şagirdlər  tərəfindən  100-dən çox STEAM və Robotexnika layihələri hazırlanıb və Təhsil Nazirliyi Tərəfindən təşkil olunan Texnosərgidə nümayiş etdirilib.

Rəhman Məmmədov  STEAM təhsil metodunun uğurlu tətbiqi  üçün müəllim kadrların hazırlanmasının əhəmiyyətindən də danışıb. Qeyd olunub ki,  Heydər Əliyev adına tam orta  məktəbdə  yaradılan  STEAM  Tədris Mərkəzinin imkanlarından yararlanaraq müəllim hazırlığı  diqqətdə  saxlanılır. Bu günədək  100-ü bu Mərkəzdə, 150-si isə onlayn  qaydada olmaqla 250 müəllim təlimlərdən yararlanıb. Bu təlimlərin nəticəsi  olaraq  onlarda  STEAM  dərsləri  tədris etmək bacarığı  formalaşıb.

Təhsil  naziri,  həmçinin  növbəti  təlimləri  uğurla başa  vuran  40  müəllimi təbrik edib,  STEAM  Tədris  Mərkəzində  təlimlərin bundan sonra da davam  etdirilməsi  ilə bağlı tapşırıqlar verib.

STEAM Tədris Mərkəzinin  təlimçisi  Fuad Babayev bildirib ki, STEAM  təhsili üzrə peşəkarlığın artırılması  məqsədilə ilk dəfə olaraq “STEAM  Tədris Mərkəzi”ndə  beynəlxalq  təlimlərdə iştirak etmiş “Hədəf” Şirkətlər Qrupunun əməkdaşları  tərəfindən “STEAM və müasir təlim  yanaşmaları” mövzusunda təlim keçirilib. Təlimlərə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı ali təhsil müəssisələrinin  də müəllimləri cəlb olunub. Növbəti təlimləri  40 müəllim uğurla başa  vurub.

Sonda STEAM təhsil metodu üzrə təşkil olunan təlimi uğurla başa vuran müəllimlərə Təhsil Nazirliyinin sertifikatları təqdim olunub.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: