“Mister Hemferin xatirələri” müzakirə olunub

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda təşkil olunan müzakirədə İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının önəmindən bəhs edib. Qeyd olunub ki, dünya və Azərbaycan ədəbiyyatının maraqlı nümunələrinin yer aldığı “Oxunması zəruri olan kitablar siyahısı” cəmiyyətdə kitaba marağın, mütaliə bacarıqlarının inkişaf etdirilməsində, dünyagörüşünün zənginləşdirilməsində, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində olduqca böyük əhəmiyyətə malikdir.

Kitab haqqında fikirlərini bölüşən professor İngiltərənin müstəmləkəçilik siyasəti, müstəmləkələrin idarə olunması, həmin ölkələrdə süni şəkildə milli, dini ədavətin yaradılması və digər mühüm məsələlərdən bəhs edib.

Mövzu ilə bağlı çıxışlar dinlənilib, dinləyicilərin sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: