Mirzə Cəlilin “Hekayələr”inin müzakirəsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclərin iştirakı ilə baş tutan müzakirədə bildirilib  ki, Ali Məclis Sədrinin Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların” siyahısına daxil olan bu əsərin gənclər arasında  təbliği davam etdirilir. Məqsəd  gənclərdə vətənpərvərlik, milli köklərə bağlılığın formalaşdırılması, onların dünyagörüşünün zənginləşdirilməsi, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Görüşdə “Oxunması zəruri olan kitabların” siyahısına daxil edilən “Hekayələr” kitabındakı  “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy”, “Rus qızı”, “Zırrama”, “Yan tütəyi” və digər  hekayələr Azərbaycan realist ədəbiyyatı və satira tarixində özünəməxsus yer tutan dəyərli əsərlər kimi qiymətləndirilib.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: