Dövlət İmtahan Mərkəzi: Ötən il rezidenturaya 418 nəfər qəbul olub

A- A A+

2020-ci ildə də rezidentura səviyyəsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilib. Həmin il qəbul qaydalarında bir sıra yeniliklər edilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbulla bağlı yeniliklər yalnız qəbul qaydalarında deyil, həmçinin rezidenturaya qəbul aparılan ixtisasların siyahısına edilmiş əlavələrdə də öz əksini tapıb. 2020-ci ildə rezidenturaya qəbul imtahanında iştirak etmək üçün 1267 namizəd ərizə doldurub təsdiq edib.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında nəticələri “məqbul”la qiymətləndirilən (topladığı balı 40 və daha çox olan) 764 (onlardan 131 nəfər imtahanın yalnız 1-ci mərhələsində iştirak etmək üçün ərizə verən IV və V kurs tələbələri olub) namizəd buraxılıb. 456 namizəd ixtisas seçimində iştirak edib, onlardan 418 nəfər rezidenturaya qəbul olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: