“Urartuluların Cənubi Qafqaz siyasəti” monoqrafiyasının təqdimatı keçirildi

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, monoqrafiyanın müəllifi Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin böyük laborantı Elmar Baxşəliyevdir.

Təqdimat mərasimində AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli əsərdə tədqiq olunan mövzular və əldə olunan elmi nəticələri yığcam şərh edib, monoqrafiyanın tarix elmi üçün əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində Türkiyə türkcəsində nəfis tərtibatda nəşr olunan kitabın ərsəyə gəlməsində 300-dən artıq elmi mənbədən istifadə edilib. Əsər Atatürk Universiteti Türkiyat Araşdırmaları İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub.

Aparılan araşdırmalar Naxçıvanın urartululara qarşı sərt müqavimət göstərdiyini, Oğlanqalanın Şərur bölgəsini əhatə edən kiçik bir krallığın mərkəzi olduğunu və urartuluların heç bir zaman Naxçıvanı işğal etmədiyini təsdiqləyir. Mərkəzi Oğlanqala olan Naxçıvan tayfalarının xarici işğalçılara qarşı mübarizəsində skiflərin və Göyçə gölü ətrafında urartululara qarşı ittifaq yaradan etiuni qəbilə birliyinin mühüm rolu vurğulanır. Gənc tədqiqatçı əsərində türk tayfalarının e.ə. V-III minilliklərdən Yaxın Şərqdə yaşadığına və urartuluların mədəni mirasının türklərə məxsus olduğuna diqqət çəkir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: