Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 1-də və 2-də növbəti imtahanlar keçiriləcək.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanlarda 44 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.