“Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” kitabı nəşrə hazırlanıb

A- A A+

AMEA-nın Hüseyn Cavidin ev-muzeyi “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” kitabını nəşrə hazırlayıb.

Muzeydən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. Nəşrdə Qarabağ xanəndələrinin ifa etdiyi Azərbaycan klassik musiqi mətnləri, Cabbar Qaryağdı, Süleyman Mansurov və Camal Cəfərovun Qarabağın musiqi keçmişinə dair xatirələri, onların repertuarına daxil olan, Qarabağ toylarında oxunan mahnılar və digər materiallar, Hüseyn Cavidin dünyadan vaxtsız köçmüş oğlu, dərin analitik düşüncə sahibi Ərtoğrol Cavidin bunlara dair elmi araşdırmaları yer alıb.

Kitabın hazırlanmasında Ərtoğrol Cavidin muzeyin fondunda saxlanılan şəxsi arxivinə aid materiallardan istifadə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: