Magistraturaya qəbul olmaq üçün 1400-dən çox bakalavr ixtisaslaşma seçimi ərizəsini təsdiqlədib

A- A A+

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün bakalavrların proqram və ixtisaslaşma seçimi davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadla xəbər verir ki, ixtisaslaşma seçimi iyulun 5-dək aparılacaq. Proqram və ixtisaslaşma seçiminə magistraturaya fevralın 28-də və mayın 26-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar buraxılırlar. Bu günə olan məlumata görə, 1423 bakalavr (Azərbaycan bölməsi - 1282; rus bölməsi – 141) ixtisaslaşma seçimi ərizəsini təsdiq edib.

Qeyd edək ki, bu il imtahanların 2 dəfə keçirilməsi ixtisaslaşma seçiminə buraxılanların sayına müsbət təsir edib. 16 624 bakalavr minimal tələbləri ödəyərək ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb. Ötən il müvafiq göstərici 11 615 nəfər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: