Gələcəyin həkimləri istehsalat təcrübəsini başa vurub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ali təhsil ocağında bununla bağlı keçirilən yekun konfransda universitetin rektoru Elbrus İsayev təcrübələrin yeni standartlar və tədris planları əsasında həyata keçirildiyini qeyd edib, təcrübi dərslərin keçirilməsi üçün fakültənin bazasında mövcud olan laborator imkanlardan danışıb. Vurğulayıb ki, xarici ölkələrlə, xüsusən də qardaş Türkiyə ilə təcrübə mübadiləsi də gələcəyin peşəkar həkimlərinin yetişməsində əhəmiyyətli rol oynayır. Hər il Tibb fakültəsinin müəllim-tələbə kollektivi Türkiyə Respublikasında təcrübədə olur və gələcək peşə təcrübəsində uğurlu nəticə əldə edirlər”,-deyə bildirən rektor fakültənin gələcək perspektivlərindən danışıb, tələbələri yaradılan şəraitdən hərtərəfli bəhrələnməyə çağırıb.
“Ümumi təbabət və klinik fənlər” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva, Stomatologiya” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov tələbələrin istehsalat təcrübəsində qazandığı biliklər və muxtar respublikanın xəstəxanalarında, universitet klinikasında, özəl stomatoloji klinikalarda keçirilən təcrübi dərslərin onların ixtisaslı həkim kimi formalaşmasında xüsusi rola malik olduğunu bildiriblər.
Qeyd edilib ki, müvafiq tədris planına uyğun olaraq fakültənin Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq ixtisasında təhsil alan tələbələr müvafiq olaraq 2, 3 və 4 həftə müddətində təcrübə dərslərində iştirak ediblər.
Sonra istehsalat təcrübəsində olmuş bir qrup tələbənin hesabatları dinlənilib. Müvafiq ixtisaslar üzrə əməliyyat prosesi, müayinə, müalicə metodları ilə tanış olan tələbələr slaydlar vasitəsilə təqdimatlar ediblər.
Səadət Əliyeva