Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunan “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) başa çatıb.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahan saat 10:00-da başlanıb və 2 saat davam edib. İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulurdu. İmtahan nəticələri yaxın 3-4 gün ərzində elan olunacaq.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi nəzarət edib.